Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır

  • By admin
  • 23 Sentyabr 2020 16:09

“Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır”.

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Bayramlı deyib ki, hazırda seroloji testlər aparılır: “ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”.

 

 

Gununsesi.info