“Real” futbolçusunu “Roma”ya icarəyə verib

  • By admin
  • 02 Oktyabr 2020 22:28

İspaniyanın “Real” klubu futbolçusu Borxa Mayoralı karyerasına İtaliya A seriyasında davam etdirəcək.
 
Gununsesi.info-nun məlumatına görə, 23 yaşlı ispaniyalı hücumçu icarə əsasında “Roma”ya keçib.

O, iki mövsüm “canavarlar”ın heyətində oynayacaq. Futbolçunun icarə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Anlaşmaya əsasən icarə müddəti bitdikdən sonra “Roma” futbolçunu 15-20 milyon avroya transfer edə bilər.

Qeyd edək ki, Mayoral ötən mövsüm icarə əsasında “Levante”də oynayıb.

 

 

Gununsesi.info