“Real” Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır

  • By admin
  • 10 Fevral 2017 21:41

benzema

“Real” futbolçusu Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, Madrid klubu 29 yaşlı oyunçuya 4 və ya 5 illik müqavilə təklif edəcək. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 5 milyon avrodan 8 milyon avroya yüksələcək.

K.Benzemanın hazırkı müqaviləsi 2019-cu ildə başa çatır.

İspaniya çempionatının cari mövsümündə 15 oyunda meydana çıxan hücumçu 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Gununsesi.info