“Real” məğlubiyyətsiz oyunlarının sayını 40-a çatdırıb

  • Müəllif: admin
  • 13 Yanvar 2017 10:06

real-2

Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 40-a çatdırıb. Zinəddin Zidanın yetirmələri bu nəticəyə yanvarın 12-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Sevilya”ya qarşı keçirilən cavab oyununda imza atıblar.

Gununsesi.info xəbər verir ki, Madrid klubu səfərdə 3:1 hesabı ilə geriyə düşdüyü matçdan heç-heçə ilə ayrılmağı bacarıb (3:3) və məğlubiyyətsizlik oyunlar seriyasını davam etdirib.

Bu, İspaniya futbol tarixində yeni rekorddur.

Gununsesi.info