“Red Bull” bolidin çəkisini azaldacaq

  • By admin
  • 01 Aprel 2022 14:11

İtaliya mətbuatının verdiyi xəbərə görə, “Red Bull” komandası İmolada bolidin çəkisini 8 kiloqram azaldacaq.

Gununsesi.info xəbər verir ki, “Red Bull” RB18 hazırda ən ağır maşındır.

Buna baxmayaraq, Avstriya komandası mövsümün ikinci yarışında Ciddədə qalib gəlib.

İndi isə “Red Bull”un İmolada keçiriləcək Emiliya-Romanya Qran-prisinə 8 kiloqram yüngül maşınla gələcəyi iddia olunur. Belə olan halda “qırmızı öküzlər” 0.2 saniyə sürətlənə bilər. Bu da əsas rəqibləri “Ferrari” üçün böyük təhdiddir.

Qeyd edək ki, bolidin çəkisinin 1 kiloqram azalması ən azı 250 min avroya başa gəlir.

“Red Bull” bolidləri RB18-in çəkisini 8 kiloqram azaltsa, 2 milyon xərcləməli olacaq.

Gununsesi.info