Referendum günü şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu keçiriləcək - DAXİLİ İŞLƏR NAZİRLİYİ

  • By admin
  • 24 Sentyabr 2016 13:21

Daxili ishler

26 sentyabr referendum günü şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu keçiriləcək.

Gununsesi.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) günü ilə əlaqədar həmin günün qeyri-iş günü olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin şəhər-rayon polis orqanlarının müvafiq qurumlarında şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək.

Gununsesi.info