Referendumda səs verəcək ən yaşlı seçici 1894-cü il təvəllüdlü şəxsdir - MSK

  • By admin
  • 24 Sentyabr 2016 12:42
secici
Sentyabrın 26-da keçiriləcək referendumda səs verəcək ən yaşlı seçici 1894-cü il təvəllüdlü şəxsdir.
Bunu Gununsesi.info-ya açıqlamasında  MSK-nın İctiamiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, referendumda Azərbaycanda yaşı yüzdən artıq  454  seçici  səs verəcək: “Ən yaşlı sesçici isə 1894-cü il təvəllüdlü şəxsdir”.
 Ş.Əsədli onu da əlaəv edib ki, sentyabrın 26-da  111 gəncin 18 yaşı tamam olduğundan, onlar ilk dəfə səs verəcəklər. “MSK həmin günü yaşı tamam olacaq və səs verəcək seçicilər üçün xüsusi təltif hazırlayıb. Səsvermə günü həmin təltiflər ilk səs verəcək sesçicilərə təqdim ediləcək”- deyə, Ş.Əsədli bildirib.
sec-2
Mürtəza 
Gununsesi.info