Referendumu 117 beynəlxalq, 16 xarici KİV və 53500 yerli müşahidəçi izləyəcək

  • By admin
  • 24 Sentyabr 2016 10:52
referendum 
Senrtyabrın 26-da Azərbaycanda keçiriləcək referendumunu 117 beynəlxalq müşahidəçi, 16 xarici KİV nümayəndəsi və 53500-dən artıq yerli müşahidəçi müşahidə edəcək.
Bunu Gununsesi.info-ya Mərkəzi Seçki Komissiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli deyib.
Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər əsasən AŞPA, MDB Parlament Assambleyasının, TürkPA-ya üzv ölkələri parlamentariləridir. “Bununla yanaşı bir sıra xarici ölkələrin parlament üzvləri, xüsusən də Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya, Avstraliya Qazaxstan və digər ölkələrin nümayəndələridir”- Ş.Əsədli bildirib.
Ş.Əsədli əlavə edib ki, beynəlxalq müşahidəçilərlə yanaşı 16 xarici ölkə KİV-i və 53500-dən artıq yerli müşahidəçi qeydiyatdan  keçib: “Bunlardan 1097 MSK-dan, qalanları isə Dairə Seçki Komissiyasından qeydiyyatdan keçib”.
Mürtəza
Gununsesi.info