Referendumun vaxtını prezident təyin edəcək - Ziyafət Əsgərov

  • By admin
  • 25 İyul 2016 13:45

Ìåæäóíàðîäíàÿ êîíôåðåíöèÿ â ÷åñòü 20-ëåòèÿ ãîñóäàðñòâåííîé íåçàâèñèìîñòè Àçåðáàéäæàíà. Ïåðâûé âèöå -ñïèêåð Ìèëëè Ìåäæëèñà Àçåðáàéäæàíà Çèÿôåò Àñêåðîâ. Áàêó, Àçåðáàéäæàí, 23 ñåíòÿáðÿ 2011 ã.

“Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”.

Gununsesi.info “APA”ya istinadən xəbər verir ki,  bunu Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.

 

Gununsesi.info