Mağazaya işə götürdü, 850 manat oğurlayıb qaçdı - XƏYANƏT

  • By admin
  • 25 İyul 2016 13:50

ogru

Paytaxtın Səbail rayonu Bül-Bül prospekti 10 ünvanında, ogurluq hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Sahil metrostansiyası ilə üzbəüz olan Sahil marketdə baş verib.

Mağazanın sahibi 33 yaşlı Ceyhun Babayev deyir ki,  günorta saatlarında mağazaya bir oğlan yaxınlaşaraq kassir işləməyi bacardığını və iş axtardığını deyib. Mağazanın sahib Ceyhun da onu işə götürüb. Bundan sonra  hec adını belə dəqiq bilmədiyi işçinin nəzarətdə saxlanılması üçün mağazada olan digər bir şəxsə tapşırıb. İşə başladığı cəmi 1 satdan sonra Xaliq adlı şəxs kassada olan 850 manatı götürürək mağazanı tərk edib. İçəridə olan işçilər onun arxasıycan çölə çıxsalar da, onu tuta bilməyiblər. Ancaq oğurluğu törədən şəxs mağazada olan təhlükəsizlik kamerasına düşdüyündən onu tapmaq heçdə çətin olmuyub.

Sözü gedən şəxsi 39-cu Polis Bölməsinin əməkdaşları yaxalayaraq istintaqa təhfil veriblər.

Faktla bağlı araşdırma aparılır.

 

ogru1