“Reina” terrorunu planlaşdıran terrorçu öldürüldü

  • By admin
  • 21 Aprel 2017 22:10

reina_2

 

“Reina” teraktını planlaşdıran terrorçu öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvəllər Komandanlığı (CENTCOM) məlumat yayıb.

Məlumatda İŞİD üzvü olan Əbdürrəhman Özbəkə qarşı qurudan basqın edildiyi və Suriyada öldürüldüyü bildirilib.

Qeyd edək ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” ləqəbli terrorçu – Əbdülqədir Maşaripov yanvarın 16-da İstanbulda yaxalanıb.

 

Gununsesi.info