
Azərbaycan mediasının qara ləkəsi hesab edilən “reket jurnalist” Habil Vəliyevin həbsi ölkə mediasında və ictimaiyyətdə məmnunluqla qarşılanıb. Hakimiyyəti müdafiə etdiyini əlində bayraq edən Habil Vəliyev paralel olaraq, iş adamları, təhsil işçiləri, məmurları şantaj edərək, onlardan haqq alıb.
Həbsindən sonra bəlli oldu ki, “reket jurnalist” həm də məntəqə seçki komissiyasının sədri imiş.
Gununsesi.info-nun araşdırması zamanı Habil Vəliyevin bundan başqa Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal Təşkilatının sədri olması faktı da üzə çıxıb.
Adıçəkilən qurumun sədri Fizuli Rzaquliyev əməkdaşımızla söhbətində faktı təsdiq edib.
Onun qurumda qalıb-qalmamasına gəlincə, Rzaquliyev bildirib ki, Birliyə üzv qəbul edilməsi də, çıxarılması da İdarə Heyətinin verdiyi qərardan asılıdır: “H.Vəliyevin Birlikdən çıxarılmasına yalnız İdarə Heyəti qərar verə bilər”.











