Spikerlər dekabrın 22-də Bakıda toplaşacaqlar

  • Müəllif: admin
  • 08 Dekabr 2016 17:03
turkpa
TürkPA-ya üzv ölkələrin parlament spikerləri Bakıya dekabrın 22-də toplaşacaq.
Qazaxstanın Azərbaycandakısəfirliyindən Gununsesi.info-ya verilən məlumata görə,  Qazaxstan Majlisinin sədri Nurlan Niqmatullin dekabrın üçüncü ongünlüyündə Azərbaycana səfər edəcək. Səfərdə məqsəd TürkPA-nın Baş qərargahının yeni binasının rəsmi açılışında iştirak etməkdir.
 Səfər çərçivəsində Qazaxstan parlamentinin spikeri N.Niqmatullinin həm Azərbaycan rəsmiləri, həm də digər nümayəndə heyətinin üezvləri ilə ikitərəfli görüşləri planlaşdırılır.
 Türkiyənin Azərbaycandakı səfirliyindən  Gununsesi-info-ya verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın Azərbaycana dekabrın 22-də səfəri gözlənilir. Səfirlikdən o da bildirildi ki, bununla belə səfər proqrmaı tam təsdiqlənməyib.
Mürtəza 
Gununsesi.info