Reznikovdan ÇAĞIRIŞ: Səmanı bağlayın!

  • By admin
  • 13 Mart 2022 13:16

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Lvov vilayətinin Yavoriv rayonundakı Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinin Rusiya işğalçı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar Ukrayna səmasını bağlamağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

“Rusiya Lvov yaxınlığındakı Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə hücum edib. Burada əcnəbi təlimatçılar işləyir. Bu, Aİ-NATO sərhədi yaxınlığında sülh və təhlükəsizliyə qarşı yeni terror aktıdır. Biz onu dayandırmaq üçün tədbir görməliyik. Səmanı bağlayın!” – Reznikov qeyd edib.

Qeyd edək ki, rusların Beynəlxalq Sülh və Təhlükəsizlik Mərkəzinə (Yavoriv Hərbi Poliqonu – red.) endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər həlak olub, 57 nəfər yaralanıb.

Gununsesi.info