Şəmkirdə ana və 3 övladı itkin düşdü - FOTO

  • By admin
  • 13 Mart 2022 13:30

Şəmkirdə ana və azyaşlı övladları axtarılır.

Şəhərin 20 Yanvar küçəsində evlərdən birində yaşayan 27 yaşlı Səriyyə Məmmədova və 4, 6, 7 yaşlı övladları martın 9-da səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Gununsesi.info Unikal-a istinadən xəbər verir ki, bu barədə Səriyyə Məmmədovanın qonşusu Sabir Qarayev məlumat verib.

 

“Martın 9-da qonşu kimi onlara baş çəkməyə getdim. Evin qapısının açıq olduğunu gördüm. Evə daxil olanda evdə qaz, işıq yanılı vəziyyətdə idi. Biz də narahatıq ki, bəlkə başlarına iş gəlib. 4 gündür bir xəbər yoxdur. Bilmirik hardadırlar. Bəlkə başlarına iş gəlib və ya hədə qorxu gəlib aparıblar. Onlar evdən gedəndə heç nə götürməyiblər. Sənədləri də evdədir. Polisə də məlumat vermişik.”

 

Sabir Qarayevin sözlərinə görə, Səriyə Məmmədova həyat yoldaşından ayırlıb: “Qadının keçmiş həyat yoldaşı ruhi xəstəliklər dispanserində müalicə alır. Deyilənə görə, ordan qaçıb. Hadisə ilə bağlı polisə məlumat verilib”.

Gununsesi.info