Rihanna “Qəbələ”yə mane oldu - 50 mini 18 minə dəyişdirdi

  • By admin
  • 28 İyul 2016 12:50

SANTA MONICA, CA - DECEMBER 10:  Recording artist Rihanna arrives at Rihanna and The Clara Lionel Foundation Host 2nd Annual Diamond Ball at The Barker Hanger on December 10, 2015 in Santa Monica, California.  (Photo by Axelle/Bauer-Griffin/FilmMagic)

 

Bu gün, Bakı vaxtı ilə saat 21:00-da Fransanın “Lil” klubu “Qəbələ”ni qəbul edəcək. Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən bu oyun klubun yeni 50 min tutumlu “Pyer Morua” stadionunda deyil, əvəzedici arenada –  “Lil Metropol”(18 min) stadionunda keçiriləcək.

Gununsesi.info “atv.az”a istinadən bildirir ki, bu “Qəbələ” klubunun statusu və oyunun fransız azarkeşləri üçün  baxımlı olub-olmaması ilə bağlı deyil. Məsələ ondadır ki, iyulun 24-də əsas arenada dünya şöhrətli ulduz Rihannanın konserti keçirilib və tədbirdən sonra ot örtüyünün dəyişilməsinə qərar verilib. Ona görə, klub “Qəbələ” ilə oyunu əvəzedici stadionunda keçiriləcək.

qebele

 

Gununsesi.info