“Rio-2016”-nın on ikinci günündə daha 16 dəst medal sahibini tapacaq

  • By admin
  • 17 Avqust 2016 11:38

rio-5

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə – avqustun 17-da idmançılar 16 dəst medal uğrunda yarışacaqlar.

Gununsesi.info xəbər verir ki, kişilər arasında 5, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində atletika (3000 metr məsafəyə stipl-çez), yelkənli qayıq idmanı (470), boks (69 kq), stolüstü tennis (komanda) və taekvondo (58 kq) yarışlarında qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə yelkənli qayıq idmanı (470), qadın güləşi (48, 58, 69 kq), atletika (uzunluğa tullanma, 200 metr məsafəyə qaçış, 100 metr məsafəyə maneələrlə qaçış), taekvondo (49 kq) və çimərlik voleybolu üzrə yarışlarda medallar sahibini tapacaq.

Həmçinin bu gün atçılığın konkur növü üzrə komanda və badmintonda qarışıq yarışların qalibləri bilinəcək.

Yarışın on ikinci günündə 7 Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında Hayle İbrahimov 5 min metr məsafəyə qaçış, boksçumuz Elvin Məmişzadə (52 kq), 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə Valentin Demyanenko, qadın güləşçilərimiz Mariya Stadnik (48 kq), Yuliya Ratkeviç (58 kq), taekvondoçumuz Patimat Abakarova (49 kq), qadınların bir nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşündə isə İnna Osipenko-Radomskaya ölkəmizi təmsil edəcək.

Gununsesi.info