“Rio-2016”-da qadın güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq

  • By admin
  • 18 Avqust 2016 21:45

ab84fc547291b39080024b4f50f78830

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatacaq.

Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunur.

Avropa çempionumuz Nataliya Sinişin özünü doğrultmağa çalışır. Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan milliləşdirilmiş legionerimiz özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayır.

Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edib. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gəlib. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Asiyalı görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.

Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gələcək. Nataliya qalib gələcəyi halda bürünc medal uğrunda mübarizə aparacaq. Qarşılaşma saat 23:05-də start götürəcək.

Gununsesi.info