Riodan məyus qayıdan İlham Zəkiyev karyerasını bitirir? - Qərar verdi

  • By admin
  • 14 Sentyabr 2016 13:56

ilham

Rioda keçirilən paralimpiya oyunlarında uğursuzluqla üzləşən 2 qat paralimpiya çempionu İlham Zəkiyev karyerası ilə bağlı qərar verib.

Gununsesi.info AzNews.az-a istinadən xəbər verir ki, əfsanəvi cüdoçunun idmandan tamamilə uzaqlaşmaq niyyəti yoxdur. İkiqat Paralimpiya, ikiqat dünya, altıqat Avropa çempionu 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları və qarşıdakı Avropa çempionatına hazırlaşır.

Bundan əlavə, 36 yaşlı idmançımız 2020-ci il Tokio Paralimpiya Oyunlarında iştirak etməyi də qarşısına məqsəd qoyub.

Qeyd edək ki, İlham Zəkiyev Rio paralimpiya oyunlarında medal uğrunda görüşdə məğlub olub. Cüdoçumuzun 4-cü dəfə paralimiya medalını qazana bilməməsinə səbəb kimi isə görüşlər zamanı təzyiqinin çox aaşğı olması, həmçinin əlinin və dizinin zədəli olması göstərilir.

Xatırladaq ki, İlham Zəkiyev iştirak etdiyi bütün Paralimpiya Oyunlarında 2 dəfə qızıl, 1 dəfə isə bürünc medala sahib olub.

Gununsesi.info