UEFA-ya yeni prezident seçildi

  • By admin
  • 14 Sentyabr 2016 13:50

uefa-porezident

UEFA-nın yeni prezidenti seçilib.

HTML tutorial

Gununsesi.info-nun  məlumatına görə, bu gün Yunanıstanın paytaxtı Afinada keçirilən Konqres çərçivəsində baş tutan seçkilərdə Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin qalib gəlib.

O, 55 mümkün səsdən 45-ni toplayıb. Sloveniyalı UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praqı qabaqlayıb.

Qeyd edək ki, AFFA səsvermədə Çeferinə səs verəcəyini öncədən açıqlamışdı. Sloveniyalı qurumun tarixinə 7-ci prezident kimi düşüb. O, fransalı Mişel Platininin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalan posta yiyələnib.

Gununsesi.info