Roberto Kavalli xəstəxanalıq olub

  • By admin
  • 15 Oktyabr 2019 09:08

Tanınmış italiyalı dizayner, “Roberto Cavalli” brendinin yaradıcısı Roberto Kavalli xəstəxanalıq olub.

Gununsesi.org bildirir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib.

“Mən Milanda xəstəxanadayam. Qorxulu heç nə yoxdur, amma çox əsəb keçirirəm. Mənim sadəcə bəxtim gətirdi ki, sevimli Sandram və mənim mələklərim – Kristina və Reyçel (Roberto Kavallinin qızları-red.) yanımadadırlar”, – dizayner yazıb.

Onunla nə baş verdiyi məlum deyil.

Qeyd edək ki, R.Kavalli 1940-cu ildə anadan olub. Noyabr ayında onun 79 yaşı tamam olacaq.

Gununsesi.org