Robotlar qrup şəklində rəqs etdi – Görənləri heyrətə saldı (VİDEO)

  • By admin
  • 04 Yanvar 2021 12:54

Boston Dynamics şirkəti öz Youtube kanalında maraqlı Yeni il videosu təqdim edib.

 

Gununsesi.org “techote”a istinadən xəbər verir ki, təqdim olunmuş videoda şirkətin 4 robot modelinin Contours qrupunun “Do You Love Me” mahnısı altında necə rəqs etdikləri əks olunub.

Video insana bənzər Atlas adlı 2 ədəd robotdan başlayır və daha sonra onlara 4 ayaqlı Spot robotu ilə 2 təkərli Handle robotu qoşulurlar. Təqdim edilmiş yeni video artıq 2 milyondan çox baxış sayı yığıb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Hyundai şirkəti Boston Dynamics-i 1.1 milyard dollara almışdı.


Gununsesi.org