
Bu gün Roma Papası Frensisk Gürcüstana gəlib.
Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Roma Papasınının Gürcüstan prezidenti Georgi Marqvelaşvili, hökumət nümayəndələri, həmçinin diplomatik korpus rəhbərləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşləri planlaşdırılıb.
Roma Papasının Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya ilə də görüşü gözlənilir.
Sabah Roma Papasının Tiflisdəki Mixail Mesxi adına stadionda əhali ilə görüşü də planlaşdırılıb.
Roma Papasının Gürcüstana səfəri oktyabrın 2-də başa çatacaq. Həmin gün Azərbaycana səfər edəcək.
Gülnaz Qənbərli
Gununsesi.info












