Roma Papası heykəltəraşımıza”nəsib” oldu

  • By admin
  • 15 İyul 2016 12:24

rim

 

Roma Papasının portretinin hazırlanması azərbaycanlı heykəltəraşa nəsib olub.

Gununsesi.info xəbər verir ki, azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma papası Fransiskin portretini hazırlayıb. Bunun üçün o, Romaya dəvət edilib. Xüsusi materialdan hazırlanan portret sonra Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyində Roma Papasının mədəniyyət məsələləri üzrə nümayəndəsi Monsignor Sancez de Toca Alameyde tərəfindən yüksək qiymətləndirilib və o, bunu yüksək sənət incisi adlandırıb. Zeynalabdin İsgəndərov Müqəddəs Taxt-Tac-ın Mədəniyyət Nazirliyinə ona göstərilən bu diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, portret artıq Müqəddəs Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

Gununsesi.info