Azərbaycan klubları reytinq siyahısında irəliləyib

  • By admin
  • 15 İyul 2016 12:21

 

topumuz

 

Avrokubokların II təsnifat mərhələsinin ilk görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.Gununsesi.info  Apasport.az saytına istisnadən xəbər verir ki, məlumatına görə, son 5 mövsümün nəticəsinin əksini tapdığı cədvəldə yer alan 453 komandadan 7-si Azərbaycan təmsilçidi.

 

Klublarımız arasında ən yaxşı göstərici “Qarabağ”dadı.

 

Ağdam klubu 13,500 xalla 120-ci yerdədi. İki pillə irəliləyən əyalət təmsilçisi “Esbyerq”lə (İsveç) şərikdi.

 

Eyni irəliləyişə nail olan “Neftçi” əmsalını 9,250-yə çatdırıb. Bakılılar hazırda Avropanın 154-cü komandasıdı.

 

206-cı yerdə qərarlaşan “Qəbələ” son bir həftədə 2 addım irəliləyib. “Qırmızı-qaralar” 5,750 xala malikdi.

 

5,500 xalı olan “İnter” 3 pilləlik sıçrayışdan sonra 216-ci pillədə qərarlaşıb. Hesabında 4,000 xalı olan “Xəzər Lənkəran” 283-cü yerdədi. Lənkəranlılar 1 pillə irəliləyib. “Kəpəz” 3,500 xalla 309-cudu. Gəncəlilərin də inkişafı 3 pilləlik olub. 318-ci olan “Bakı”nın isə 3,250 xalı var. Paytaxtın eyniadlı təmsilçisi 5 pillə yüksəlib.

 

Qeyd edək ki, siyahıya 144,428 xala malik “Real” başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədə qərarlaşıb.

Gununsesi.info