Ronaldo məhkəmədə müdafiə olundu

  • By admin
  • 31 İyul 2017 23:21

ronaldo

Vergidən yayınmaqda ittiham edilən Kriştiano Ronaldo hakim qarşısına çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Madrid məhkəməsində 1,5 saat portuqaliyalı futbolçunun müdafiəsi dinlənilib.

Ronaldo məhkəmə prosesi bitdikdən sonra jurnalistlərə açıqlama vermədən ərazidən uzaqlaşıb.

Qeyd edək ki, K.Ronaldo 2011-2014-cü illərdə vergidən 14,75 milyon avronu yayındırmaqda ittiham edilir. Onun cəzasısübuta yetirilərsə 3 il həbs cəzası ala bilər.

Gununsesi.info