“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun klubdan ayrılacağı iddia edilir.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı ulduzun meneceri Xorxe Mendes iddialara cavab verib.
O, Ronaldoya “Mançester Yunayted” və PSJ-dən təklif gəldiyini bildirib.
Qeyd edək ki, bir neçə gündür Ronaldonun 14,7 milyon avro vergi borcu olduğu və məhkəməyə verildiyi yazılır. Futbolçunun xəbərlərdən üzüldüyü və bu səbəbdən İspaniyadan ayrılmaq istədiyi bildirilir.
Gununsesi.info










