Ronaldoya 100 milyon avroluq təklif

  • By admin
  • 22 Oktyabr 2019 18:13

“Yuventus”un futbolçusu Kriştiano Ronaldoya ABŞ-dan təklif gəlib.

Gununsesi.org xəbər verir ki, ABŞ-ın bir şirkəti portuqaliyalı hücumçunun “instagram” hesabını icarəyə götürmək niyyətindədir. Bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Xəbərdə, şirkətin Ronaldoya “instagram”ının 1 illik icarəsi üçün 100 milyon avro təklif etdiyi bildirilib. ABŞ mətbuatı 34 yaşlı oyunçunun bu təklifi dəyərləndirəcəyini iddia edib.

 

Gununsesi.org