Rövnəq Abdullayev Gədəbəyin qazlaşmasını niyə dayandırdı?

  • By admin
  • 30 İyun 2016 08:49

naz

Nazim Məmmədov: “Prezidentin 2006-cı ildə verdiyi göstərişə əməl olunmur”

Hökumətin vədlərinə baxmayaraq, Azərbaycanın ucqar dağ rayonlarının qazlaşma prosesi illərdir ki, yubanır. Belə rayonlardan biri də Gədəbəydir. Hələ bir neçə il əvvəl “Azəriqaz” rəhbərliyi adıçəkilən rayonun tam qazlaşacağını bəyan etsə də indiyədək bu baş vermədi. Ötən çağırış Milli Məclisdə Gədəbəyi təmsil edən deputat Nazim Məmmədovun da bununla bağlı  səyləri boşa çıxdı.

Gununsesi.info-ya açıqlamasında rayonun sabiq deputatı Nazim Məmmədov yenidən bu məsələyə qayıdıb. Onun sözlərinə görə, Gədəbəyin sərhəd kəndlərinin təbii qazla təmin olunması 2011-ci ildən demək olar ki, dayandırılıb: “Xırda istisnalar olmaqla qaldırılan məsələlərə SOCAR tərəfindən ətraflı izahat da verilmir. Şınıxda 28 kənddən cəmi iki-üç kənddə prosess tamamlanıb, qalan kəndlər hələ də ümid edirlər ki, Azərbaycan neft şirkəti qonşu ölkələrdə, o cümlədən Gürcüstanda kilsə və məscidləri pulsuz qazla təmin etdikdən sonra bizim bölgələrə də diqqət ayıracaq. Son açıqlama verərkən Azəriqaz nümayəndələri Gədəbəyin kəndlərinin çətin relyefini əsas gətirərək həmçinin orada az əhali yaşayır deyə qaz çəkilişinin prioritet olmadığını demişdilər. Bu absurd açıqlama verilən zamanlar SOCAR-ın Gürcüstanda vertolyotla boru daşıyaraq dağ kəndlərində qaz çəkilişinin reportajları yayımlandı. Bütün bunlar mənim keçmiş seçicilərimin qəzəbinə əsas oldu və çox sayda etiraz məktubları aldım. Ümid edirəm bu tipli müraciətlər cənab prezidentin də diqqətinə çatacaq və onun 2006-cı ildə Gədəbəydə səfərdə olarkən verdiyi göstərişin hələ də tamamlanmadığına görə məsul şəxsləri cəzalandırmasının şahidi olacaqsınız”.

Türkel

rovneq1