Rövnəq Abdullayev mənzil bölgüsündə neftçiləri necə aldadır? - MARAQLI

  • By admin
  • 19 Yanvar 2017 15:11

neftci

Ötən il neftçilər hansı sosial problemlərlə üzləşib?

Gununsesi.info Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının hesabatına istinadən həmin sosial problemlərə təqdim edir.

Hesabatda göstərilir ki, Dövlət Neft Şirkəti öz işçiləri üçün kooperativ  binalar tikib, məqsəd bu olub ki, evsiz neftçilər güzəştli şərtlərləmənzillə təmin edilsin.  Lakin təşkilata daxil olan şikayət ərizələrini araşdırarkən məlum olub ki, neftçilər aldadılıblar: “ Yəni mənzillərin real sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkəti mənzillərin ödəniləcək sahəsinə , eyvanın, divarların oturacaqlarının, blokun, hətta liftin sahəsini də əlavə edib. Məs: mənzillərə Neftçi MTK-tərəfindən verilən sənəddə sahəsi 100 kv-m kimi göstərilən mənzilözəlləşdirilərkən ƏMDK  -nin  təqdim etdiyi sənəddə məlum olur ki , həmin mənzil 75 kv\metrdir (25 m2. fərq ) Demək olar ki, bütün mənzillərə verilən sənədlərdə 20-25 m2. fərq var.  Bu isə Əmlak Məsələri Üzrə Dövlət Komitəsinin (ƏMDK) mütəxəssisləri tərəfindən mənzillər ölçülən zaman məlum olub və həmin qurum tərəfindən verilən   çıxarışda(kupçada) göstərilib. Qeyri- yaşayış sahəsinə görə  neftçidən ödəniş tələbi isə ölkənin Mənzil Məcəlləsinin və Mülki Məcəllənin tələblərinə ziddir. Qeyd olunan problemlərlə əlaqədar NHMT tərəfindən  SOCAR vitse-prezident cənab Bədəl Bədəlova  məktubla müraciət etsə də, şirkət rəsmisi məktuba cavab verməmişdir. Problemlər isə davam edir”.

Sənədə görə,  Beynəlxalq Əmək Təşkilatının  Konvensiyalarının pozulması hallarına rast gəlinib: “Azərbaycanda fəaliyyət göstərən müəssisələrin 90 faizindən çoxunda, o cümlədən də  Azəri –Çıraq-Günəşli(AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə operataor təşkilat olan BP Azərbaycan şirkətinin tərəfdaşlarının əksəriyyətində Həmkarlar Təşkilatı fəaliyyət göstərmir.  Hasilatın Pay BölgüsüSazişində iştirak edən Xarici neft şirkətlərində iki səbəbdən həmkarlar təşkilatı yaratmaq mümkün deyil:

-İşçilər mövcud həmkarlar təşkilatına etibar etmir;

-İşəgötürənlər; şirkətlərdə həmkarlar təşkilatının yaranmasının əleyhinədir və bu prosesi ciddi nəzarət altında saxlayırlar”.

“Ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərində əmək və məşğulluq sahəsində diskriminasiya halları mövcuddur ki, bu özünü həm əmək haqqının ödənilməsində (xarici vətəndaşların əmək haqqı ilə yerli işçilərin əmək haqqı arasında kəskin fərq var)həm də yüksək vəzifələrdə(rəhbər səviyyəsində)yerli işçilərin azlıq təşkil etməsində özünü büruzə verir”,- NHMT hesabtına qeyd olunur.

Təşkilatın ekspertlərinin hazırladığı rəyə görə, xaricdən dəvət olunan mütəxəssislərin bəzilərinin  vergidən yayınması halları da baş verir: “Belə ki, bəzi şirkətlərdə yüksək əmək haqqı alan xarici mütəxəssislərin ölkəmizdə ödəniləcək vergidən yayınması üçün “şərait”dəyaradılır. Belə ki, onlarla  əmək müqavilələri 3 ay (90 gün)müddətinə bağlanır. Müəyyən müddətdən-ölkəyə çıxış-giriş etdikdən  sonra  onlarla yenidən həmi müddətə əmək müqaviləsi bağlanır. Bu mütəmadi xarakter daşıyır. Əgər ciddi yoxlanış aparılsa küllü miqdarda vergidən yayınma halları müşahidə oluna bilər”.

Vüsalə Rüstəmova

Gununsesi.info