İlham Əliyev: “Rəsmi Moskva ilə danışıqlar aparırıq”

  • Müəllif: admin
  • 19 Yanvar 2017 15:03

ilhammusahibe

“Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq”.

Gununsesi.info-nun məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA “Novosti”-yə müsahibəsində deyib.

Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: “Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.

Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıq müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”.