
Bu gün Azərbaycanda ləğv olunmuş banklarda əmanətlərin həcmi 1,2 milyard manatdır ki, bunun da 760 milyon manatı qorunan əmanətlər, yerdə qalanı isə qorunmayan əmanətlərdir.
Gununsesi.info xəbər verir ki,bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, ümumi əmanətçilərin sayı isə 242, 325 nəfərdir ki, bunun da 198, 616-nın əmanəti qorunur.
“Bu günə kimi isə 730 milyon manat həcmində qorunan əmanətlərə kompensasiya ödənilib. Yerdə 29 milyon manat qalıb. Bu da 175 min əmanətçi edir. Bunlar da əsaəsn xirda əmanətçidir. Biz də hər ay onların telefonlarına SMS və ya ünvanlarına məktub göndəririk ki, gəlin pulunuzu alın”- deyə, Palata sədri vurğulayıb.
O, əlavə edib ki, yerdə qalan 29 milyon manat əmanətin 14 milyonu 500 min manatdan yuxarı olan əmanətlər, qalanı isə min manatdan aşağı olan əmanətlərdir:
“Bu əmanətçilər gəlib pullarını ala bilərlər. Bu vəsait dövlət təərfindən ayrılıb və vəsait ləğvetmə prosesində olan banklardadır”.
Bir Azərbaycan vətəndaşının da bir manatının banklarda qalmasını istəmədiyini qeyd edən R. Aslanlı bildirib ki, amma müəyyən reallıqlar da var:
“Bizim nəzarətin də məqsədi var”.
O, deyib ki, hələ vaxtında, banklarda problemlərin başladığı ilkin vaxtlarda prosesə müdaxilə etmək istəsələr də, banklar bunu müsbət qarşılamayıblar:
“O zaman dedik ki, mümkünsə, dövlət könüllü qaydada bu prosesə dövlət müdaxilə və problemi həll etsin”.
Mürtəza
Gununsesi.info









