
Öpüşmək sevgini və yaxınlığı ifadə etmənin ən asan və ən gözəl yoludur. Lakin, demə, öpüşmənin hissləri ifadədən başqa, sağlamlığımıza da ciddi və müsbət təsir varmış.
Gununsesi.info milliyet.com-a istinadən xəbər verir ki, öpüşənlər bunun min bir faydasını görürmüş.
Bunardan 10 ən faydalısını təqdim edirik:
- Hər səhər həyat yoldaşını vəya sevgilisini öpərək işə yola salan insanlar digərlərinə nisbətən 5 il daha artıq yaşayırlar.
- Öpüşmək və öpmək özünə inam üçün çox yaxşı vasitədir. Özünüzü xoşbəxt və rahat hiss etmək üçün hər gün ən azı 1 dəfə öpüşün.
- Öpüşmək kalori yandırmaq baxımından da xeyirlidir. Öpüşərək hər dəqiqəyə 2-3 kalori yandıra bilərsiniz. Bu zaman metobolizmanın sürəti 2 qat artır. Araşdırmalara görə, gündə 3 dəfə ən az 20 saniyə öpüşən insanlar 200-300 qram çəki atmış olurlar.
- Öpüşmək bədəndəki bütün stresləri yox edir, gərginliyi azaldır və özünüzü yaxşı hiss etmənizə səbəb olur. Tibbi araşdırmalar sübut edib ki, öpüşmək stres hormonu olan “kortisol”un aktivləşməsini də azaldır.
- Öpüşmə zamanı üzdə olan 30 əzələ işə düşür. Bundan əlavə öpüşmə vaxtı qanın sürəti artdığı üçün, vaxtından tez qocalmanın da qarşısı alınır.
- Öpüşmək ürək üçün də faydalıdır. Adrenalin yaratdığı üçün hüceyrələrə oksigen daha çox gedir. Tez-tez öpüşən cütlüklərdə şəkərin və təzyiqin daha normal olduğu aşkarlanıb.
- Tez-tez öpüşən adamlarda mədə-bağırsaq və qan infeksiyaları daha az hallarda rast gəlinir. Tərəflərin bir-birinə ötürdükləri xeyirli bakteriyalar sayəsində immun sistemi güclənir.
- Öpüşmə vaxtı tüpürcəkdə olan gizli antibiotiklər bir-birinə ötürülür. Bundan başqa, tüpürcəkdə ağrını azaldan təbii ağrıkəsicinin olduğunu da xatırlatmaq yerinə düşər.
- Öpüşmək narahatlığı azaldır və rahatlıq gətirən hormonların aktivləşməsinə səbəb olur.
- Öpüşmə vaxtı meydana gələn endorfin maddəsinin morfidən 200 qat daha güclü olduğu da sübut edilib.
Gülnaz Qənbərli
Gununsesi.info











