Ruhani müdafiə nazirini vəzifəsindən uzaqlaşdırdı

  • Müəllif: admin
  • 21 Avqust 2017 10:48

ruhani

Rəsmi olaraq ikinci dönəm prezident vəzifəsinin icrasına başlayan İran prezidenti Həsən Ruhani hökumətin tərkibini təsdiqləyib.

Gununsesi.info PressTV-yə istinadən xəbər verir ki, Həsən Ruhani komandasında ciddi dəyişiklik edib və demək olar əksər nazirlər və hökumət üzvləri öz  postunu itirib.

Ruhaninin komandasında ən ciddi nazir postu tutan müdafiə naziri Hüseyn Dehqani də vəzifəsini itirmiş olub.

Prezident Ruhani Hüseyn Dehqaninin yerinə onun müavini Amir Hatəmini təyin edib.

Gununsesi.info