Rus futbolçular milyonlar qazandılar

  • By admin
  • 21 İyun 2018 17:56

Rusiya milli komandası dünya çempionatındakı ilk 2 görüşündən sonra 20 milyon dollar mükafata yiyələnib.

Gununsesi.info goal.az-a istinadən xəbər verir ki, mükafatın 8 milyon dolları açılış oyununda Səudiyyə Ərəbistanı yığması üzərində 5:0 hesablı qələbə ilə əlaqədar olub. Bunun 6 milyon dolları futbolçulara, 2 milyon dolları məşqçi və texniki işçilərə ödənilib.

Misiri 3:1 hesabı ilə yenərək, 1/8 finala vəsiqə qazanması qarşılığında isə Rusiya yığmasına bu həftə 12 milyon dollar veriləcək. Bunun 9 milyon dolları oyunçulara, 3 milyon dolları məşqçi və texniki heyətə çatacaq.

 Uruqvayla son tur qarşılaşması üçün isə mükafat nəzərdə tutulmayıb. Rusiya 1/4 finala yüksəlsə, daha 15 milyon dollar qazanacaq.