Rus general itkiləri açıqlamaqdan İMTİNA ETDİ

  • By admin
  • 28 Fevral 2022 12:37

“Xüsusi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukraynada 1000-dən çox hərbi infrastruktur obyektini məhv edib”.

Gununsesi.info-ya TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Rusiyalı general əsir götürülən bir neçə rus əsgəri barədə məlumat verib. “Amma biz bilirik ki, ukraynalı nasistlər əsir götürülmüş bir neçə rus hərbçisinə necə münasibət bəsləyirlər. Və biz görürük ki, işgəncələr Böyük Vətən Müharibəsində alman nasistləri və onların əlaltıları-polislərininki ilə eynidir”, – Konaşenkov bildirib.

Konaşenkov həmçinin bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin itkiləri öldürülən ukraynalı hərbçilərin sayından dəfələrlə azdır.

Bununla belə o, Rusiya tərəfinin itkilərini açıqlamaqdan yayınıb.

Gununsesi.info