Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfindən 2020-ci ildə keçiriləcək Qələbə Gününə dəvət edilib.
Gununsesi.org məlumat verir ki, bu barədə “İzvestiya” Rusiyanın Ankaradakı səfirliyinə istinadən xəbər verib. Rəsmi dəvət Türkiyə prezidentinə müəyyən olunmuş qaydada çatdırılıb.
Rəsmi Ankara Ərdoğanın Moskvada keçiriləcək Qələbə Gününə qatılıb-qatılmayacağını hələ təsdiqləməyib.
Qeyd edilir ki, daha əvvəl heç bir Türkiyə lideri Moskvaya paradda iştirak etmək üçün səfər etməyib.