
254 Ermənistan vətəndaşı Rusiyaya girişinə qadağa qoyulduğu üçün Rusiya Miqrasiya Xidmətinə müraciət edib.
Gununsesi.info “novosti-areniya”ya istinadən xəbər verir ki, müraciət edən Ermənistan vətəndaşları Miqrasiya Xidmətinin onların Rusiyaya girişinə qoyulan qadağanın aradan qaldırımasını tələb ediblər.
Rusiya Miqrasiya xidməti isə öz növbəsində, edilən 254 müraciətdən ancaq 28-nə müsbət cavab verib.
Hazırda Rusiya 30 mindən artıq Ermənistan vətəndaşına bu ölkəyə girişinə qadağa qoyub. 2016-ci ilin martına bu say 30 min idi. İndi bu say xeyli artıb.
Gununsesi.info












