
Səudiyyə Ərəbistanı aviaşirkətləri Həcc ziyarətinə gedən qətərli zəvvarları daşımaq barədə qərar verib.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu haqda Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Belə ki, Dohadan Ciddəyə zəvvarların daşınması üçün Səudiyyə Ərəbistanı 7 ədəd təyyarə ayırıb.
Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsindən bildirilib ki, Qətərdən Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 22-də, növbəti qruplar isə avqustun 25-də yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 5-nə nəzərdə tutulub.
Qeyd edək ki, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani qətərli zəvvarların Həcc ziyarətinə getməsi üçün yaratdığı şəraitə görə, Səudiyyə Ərəbistanına təşəkkür edib.
Anar
Gununsesi.info












