Rusiya atom sualtı qayığından - raket atdı

  • By admin
  • 23 May 2018 16:12

Rusiya Müdafiə Nazirliyi “YouTube” kanalında “Yuri Dolqorukiy” atom sualtı qayığından dörd ədəd “Bulava” ballistik raketinin buraxılışının əks olunduğu görüntüləri yayımlayıb.

Gununsesi.info bununla bağlı Lenta.ru nəşrinə istinadla məlumat yayır.

Bundan başqa, üç dəqiqəlik videoda qayığın sualtı vəziyyətə keçməsi, ekipajın hazırlanması və dörd raketin buraxılması əks olunub.

Raketlər Ağ dənizin akvatoriyasından Kamçatkadakı Kura poliqonuna buraxılıb. Şimal donanmasının nümayəndələri bildiriblər ki, sualtı qayıqdan bu tipli raketlərin buraxılışı ilk dəfə həyata keçirilib.