Rusiya Avstriya diplomatlarını ölkədən çıxarır

  • By admin
  • 16 Fevral 2023 20:49

Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onların fevralın 23-ü gün sonunadək ölkəni tərk etmələrini tələb edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Avstriyanın Moskvadakı səfiri Verner Almhofer XİN-ə çağırılıb və diplomatların çıxarılması ilə bağlı nota ona təqdim olunub.

Bu addımın Avstriyanın Rusiyaya qarşı tutduğu mövqeyə cavab olaraq atıldığı bildirilib.

“Həmçinin Vyanada çoxtərəfli tədbirlərdə iştirak üçün yollanan Rusiya nümayəndə heyətlərinə viza verilməsində yaradılan problemlər də səfirin diqqətinə çatdırılıb və qeyd olunub ki, bu, beynəlxalq görüşlərin keçirildiyi bir məkan olan Avstriyanın üzərinə götürdüyü öhdəliklərə ziddir”, – məlumatda qeyd olunur.

Gununsesi.info