Rusiya Azərbaycana COVİD-19 diaqnostikası üçün 7 min test sistemi göndərib

  • By admin
  • 30 Mart 2020 18:19

Rusiya Azərbaycana təmənnasız olaraq COVİD-19-un laboratoriya diaqnostikası üçün 7 min araşdırma üçün nəzərdə tutulmuş 70 min test sistemi dəsti göndərib. Bu barədə RF-nin Bakıdakı səfirliyinin məlumatında deyilir.

RF-nin İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidməti ümumilikdə 13 dövlətdə, o cümlədən Avrasiya İqtisadi Birliyinin, MDB-nin üzvü olan ölkələrdə, İranda, Monqolustanda və KXDR-də 100 mindən çox COVİD-19 araşdırması üçün müvafiq test sistemləri göndərib.

Xəbər Turan.az xəbər saytında dərc edilib.

Gununsesi.org