Rusiya Azərbaycandan əlini çəkir - TOFİQ ZÜLFİQAROV

  • Müəllif: admin
  • 03 İyun 2017 12:25
tofiq zul-3
“Əgər Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyirsə, o zaman Azərbaycana və onun 10 milyonluq əhalisinə güvənməlidir. Çünki Cənubi Qafqaz ölkələrinin Ümumi Daxili Məhsulun 70% məhz  Azərbaycanın payına düşür”.
 Gununsesi.info xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov özünün  Facebook səhifəsində Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən yazıb.
Sabiq nazir  bildirib ki, Rusiyanın postsovet məkanında həyata keçirdiyi  siyasəti analiz etdikdə, o zaman ziddiyətli  məqamlar ortaya çıxır:
“Rusiyanın Krımın işğalı ilə Ukraynanın 50 milyonluq əhalisi qismində özünə dost olmayan qonşu bir ölkə qazandı. Bununla Rusiya  Ukraynanın qərbyönümlü siyasi elitasının mövqeyinin qarşısını almaqla, həm daxili, həm də xarici siyasətində rusiyameylli siyasi mövqeyi gücləndirməyə çalışdı. Bunu Azərbaycanın da timsalında çəkmək olar. Ona görə də, demək istəyirəm ki, əgər Rusiya Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyirsə, o zaman Azərbaycana istinad etməlidir. Ancaq Rusiyanın  mövcud  “Lavrov” siyasətinin perspektivlərini analiz edən də, o qənaətə gəlirəm ki, Rusiya həqiqətən də Azərbaycandan çıxır”.
Mürtəza
Gununsesi.info