Rusiya bazarlarından birində güclü yanğın baş verib

  • By admin
  • 22 Oktyabr 2017 20:46

645978e0-905a-4586-8a0a-828a5d0e6f31
Rusiyanın Rostov vilayətinin Aksaysk rayonu ərazisində yerləşən “Atlant” bazarının pavilyonunda güclü yanğın baş verib.
“Report” xəbər verir ki, yanğın Bakı vaxtı ilə 20:07-də söndürülüb.
Alov ümumilikdə 1,4 min kv. metr sahəni əhatə edib. Yanğının məhdudlaşdırılması barədə 18:31-də məlumat verilib.

Gununsesi.info