Rusiya bu ölkənin diplomatını “persona non grata” elan etdi

  • By admin
  • 11 İyun 2021 09:00

Rusiya Şimali Makedoniyanın Moskva səfirliyində vəzifəli diplomatı “persona non grata” elan edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Keçən ay Şimali Makedoniyanın rus diplomatı “persona non qrata” elan etdiyi, həmin məsələ ilə əlaqi olaraq Şimali Makedoniyanın Moskvadakı səfiri Olivera Çauşevska-Dimovskanın nazirliyə çağrılaraq nota verildiyi xatırladılıb və Şimali Makedoniyanın rus diplomatı ölkədən çıxarması barədəki əsassız qərarına qarşı belə bir addımın atıldığı vurğulanıb.

Gununsesi.info