Rusiya Dnepri VURDU: 14 ölü, 73 yaralı -YENİLƏNDİ

  • By admin
  • 15 Yanvar 2023 10:45

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri qeyd edib ki, Rusiya ordusunun raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb:

“40-dan çox şəxs xəstəxanada, dördü isə ağır vəziyyətdə reanimasiyadadır. Xilasetmə əməliyyatı davam edir. Hazırda 40-dan çox insanın taleyi naməlum olaraq qalır”, – onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

09:19

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri qeyd edib ki, zərbə nəticəsində ölənlərin sayı, 14-ə, xəsarət alanların sayı isə 73 nəfərə çatıb.

“Xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıblar. Axtarış əməliyyatı davam etdirilir”, – onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.

Gununsesi.info