Rusiya elektromaqnit silahları Suriyada sınaqdan keçirir

  • Müəllif: admin
  • 25 Noyabr 2017 10:25

Artıq 2017-ci ilin oktyabr ayından etibarən Suriyadakı rus hərbçiləri Rusiya şirkətləri tərəfindən istehsal olunan elektromaqnit silahların sınaqdan çıxarılması prosesinə başlayıb.

Gununsesi.info “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, elektromaqnit silahların testi ilk olaraq İŞİD-in istifadə etdiyi pilotsuz uçan aparatlara GPS və Wi-Fi siqnallarını dayandırmağa, onun fəaliyyətinə imkan verməməyə yönəlib.

Test zamanı elektromaqnit qurğuların işi döyüş əməliyyatı şəraiti necə işləməsi öyrənməkdir, xüsusən də ötürülən dalğaları müəyyənləşdirməkdir. Çünki xüsusi dalğa və siqnallarla pilotsuz uçan aparatlara məlumatlar ötürülür və bu aparatlar vasitəsi ilə ərazinin fotosu, videosu çəkilir. Lazım gəldikdə bu aparatlardan istənilən hərbi obyekti vurmaq mümkündür. Ona görə də Rusiya bu elektromaqnit silahlar vasitəsi ilə hərbi əməliyyat şəraitində havada uçan obyektləri necə məhv etməyi və onların fəaliyyətini sıradan çıxarmağı planlaşdırır.

Gununsesi.info