Rusiya: Ermənistan KTMT-də müttəfiqləri üçün çətinliklər yaradır

  • By admin
  • 12 Yanvar 2023 21:16

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Ermənistanı ittiham edən açıqlama ilə çıxış edib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya rəsmisi rəsmi İrəvanın öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tətbiqat etməsinə icazə verməməsini müttəfiqlər üçün “məlum çətinliklər” yaratdığını söyləyib.

Zaxarova gerçəkləşdirdiyi mətbuat konfransında Ermənistanın tətbiqatı rədd etməsinə münasibət bildirərkən deyib:

“Bəlli çətinliklər yaradaraq onları əsgəri qurumlar tərəfindən üzərində anlaşılan planları yenidən gerçəkləşdirməyə məcbur edir”.

Rusiya XİN rəsmisi KTMT-nin bu ul “sülh qüvvələrinin” təsirli tədrisini təşkil etmək üçün onları koordinasiya etmək və bacarıqlarını irəlilətmək üçün ən uyğun həll yolları tapacaqlarına inandığını dilə gətirib.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info