Rusiya millisi dünya çempionatını tərk etdi

  • By admin
  • 08 İyul 2018 10:06

Futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Ev sahibi Rusiya ilə Xorvatiya yığması ilə qarşılaşıb.

Soçidə “Fişt” stadionunda baş tutan qarşıdurmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatdığından oyun əlavə vaxtda davam edib. Lakin əlavə vaxt da 2:2 hesablı bərabərliklə yekunlaşdığından qalibi penaltilər seriyası ilə müəyyən etmək lazım gəlib.

Pelnaltilər seriyasında Xorvatiya yığması rəqibini 4:3 hesabı ilə məğlub edərək yarımfinala çıxıb.