Dünya Çempionatı-2018: Rusiya ikinci qələbəsi ilə rekorda imza atdı

  • By admin
  • 20 İyun 2018 00:01

 

Futbol üzrə Rusiya milli komandası Dünya Çempionatı çərçivəsində Misir yığması üzərində qələbə qazanıb.

Sankt-Peterburq şəhərinin eyni adlı stadionunda keçirilən oyun turnirə ev sahibliyi edən komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun ilk qolunu 47-ci dəqiqədə öz qapısından Əhməd Fəthi keçirib, daha sonra oyunun 59-cu dəqiqəsində Denis Çerışev Rusiyanın ikinci qolunu vurub. Üç dəqiqə sonra Rusiya millisi hesabda fərqi artırdı, Artyom Dzüba fərqləndi.

 Matçın 73-cü dəqiqəsində isə Məhəmməd Salah penaltidən komandasının yeganə qolunu vurdu.